“Xocalı faciəsi və Xocalı faciəsinin dəhşətləri dünyanın gözundə” adlı debat keçirilib

        Məktəbin kitabxanasında Fəaliyyət planının 33-cü bəndinə uyğun olaraq Xocalı faciəsinin 32- ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi və Xocalı faciəsinin dəhşətləri dünyanın gözundə” adlı debat keçirilib.Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlayan debatda faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.10 b sinif şagirdləri arasında aparılan debat iki komandaya ayrılaraq cıxış etmişlər.”Tanı Xocalını tanı , ey dünya “komandasının üzvləri Xocalı faciəsi haqqında  dünya mətbuatında çıxan məqalə və məlumatları məruzə edib ,bütün dünya ölkələrini Xocalı faciəsini tanımağa səsləyiblər.Mövzu ətrafında “Xocalının səsi”komandasının üzvləri çixış edərək öz fikir və mülahizələrini yürüdüblər.

İştirak edən məktəb heyəti öz miqyasına görə tarixdə analoqu olmayan Xocalı faciəsi haqqında məlumat verib ,artıq 44 günlük müharibədə qələbə qazanmış və Xocalı qurbanlarının qisasını almış güclü bir millət  olduğumuzu vurğulamışlar.

Sonda 3 e sinif şagirdləri “Dəmir yumruq”la qazanılan misilsiz Zəfərimizə həsr olunmuş şeirlər səsləndiriblər.

Məqsədimiz şagirdləri tariximiz haqqında əhəmiyyətli müzakirələrin həlli üçün qərar qəbul etmə bacarıqlarına,  fikri düzgün ifadə etməyə alışdırmaqdır .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi