“Xocalı soyqırımı”nın 32-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər təşkil edilməkdədir

       94 nömrəli tam orta məktəbdə “Xocalı soyqırımı”nın 32-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər təşkil edilməkdədir. Bu il “Xocalı soyqırımı”nı kədər və eyni zamanda qürur hissi ilə anırıq. Kədərlənirik ona görə ki, yüzlərlə dinc sakin erməni cəlladları tərəfindən xüsusi amansızlıqla qətlə yetirilmişdir. Qürürlanırıq ona görə ki, Ali Baş Komandanımızın uğurlu siyasəti nəticəsində, igid oğullarımızın qanı bahasına, canı bahasına bu il Xocalıda gəzən ruhlar azadlığa qovuşdu. Onların uğrunda canlarını itirdikləri əzəli torpaqları erməni tapdağından azad edildi.

     Məktəbin rus bölməsi üzrə 5e sinif şagirdləri Rus dili-ədəbiyyatı müəllimi Gülnarə Əliyevanın rəhbərliyi ilə "Xocalı soyqırımı"nı andılar. 1992-ci ildə qanlı gecədə baş verənlər haqqında ətraflı məlumat verdilər. Baş verən hadisələri heç vaxt unutmayacaqlarını və nəsildən nəslə ötürəcəklərini söz verdilər.

 

Bu il qürurla deyirik

QARABAĞ AZƏRBAYCANDIR!

XOCALI AZƏRBAYCANDIR!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi