“Milli dəyərimiz – Ana dilimiz” adlı tədbir keçirilib

     Məktəbin kitabxanasında Fəaliyyət Planının 31 – ci bəndinə uyğun olaraq 21 Fevral Beynəlxalq Ana dili Gününə həsr olunmuş “Milli dəyərimiz – Ana dilimiz” adlı tədbir keçirilib.

Tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlanılıb.

Kitabxana müdiri Səbinə Manafova xalqımızın milli – mənəvi sərvəti olan dilimizdən söhbət açıb, şagirdləri dilimizi daha çox sevib öyrənməyə səsləyib.

Tədbirdə iştirak edən 5b, 6e, 7a sinif şagirdləri bu günün tarixi haqqında məlumat verib, söz ustadlarımızın Azərbaycan dilinə həsr etdikləri şeirləri səsləndiriblər.

   7 a sinif şagirdləri dilimizin saflığı uğrunda daim mübarizə aparan görkəmli dramaturq Cəlil Məmmədquluzadənin 155 illiyi ilə əlaqədar onun “Anamın kitabı” əsərində bir hissəni canlandırıblar.

  Sonda çıxış edən məktəb heyəti şagirdlərin yüksək səviyyəli təhsil almaqlarında, mənəvi dünyagörüşlərinin zənginləşməsində dilimizin aparıcı ünsür olduğunu vurğulayıblar.

   Məqsəd şagirdlərdə Azərbaycan dilinə sevgini artırmağı, dilimizi qorumağı və inkişaf etdirməyi, gələcək nəsillərə ötürməyə aşılamaq olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi