14 Fevral Beynəlxalq Kitab Bağışlama Gününə həsr olunmuş “Kitab bir xəzinədir” adlı tədbir keçirilib

      Dünyada nə qədər kitab var belə,

       Çalışıb əlləşib gətirdim ələ.

       Oxudum, oxudum sonra da vardım,

       Hər gizli xəzinədən bir dürr çıxardım.

   Məkəbin kitabxanasında 14 Fevral Beynəlxalq Kitab Bağışlama Gününə həsr olunmuş “Kitab bir xəzinədir” adlı tədbir keçirilib. Kitabxana müdiri Səbinə Manafova mütaliənin faydaları, kitab oxumaq vərdişinin yaranmasından və kitabxanadan istifadə qaydaları haqqında məlumat verib.

   Tədbirdə iştirak edən 7e sinif şagirdləri ruhun və zehnin qidası olan kitaba məhəbbətdən və kitaba həsr olunan şeirlər səsləndiriblər. Şagirdlər bir-birlərinə sevdikləri və oxuduqları kitabları hədiyyə ediblər. Bu təşəbbüsdən irəli gələrək şagirdlər özlərindən kiçik oxucuları da unutmayıb kitabxanaya kitab və divar qəzeti bağışlayıblar. 7e sinif şagirdi Maqsud Əliyev pianoda ifa edərək tədbirə gözəllik bəxş edib.

   Məqsəd şagirdlərdə kitaba məhəbbət, mütaliəyə həvəsin artırılması və onların bədii-estetik zövqünün inkişafına təsir göstərmək olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi