“Mütaliə və Biz” adı altında oxuma və dinləmə saatı keçirilib
Şagirdlərlə oxuyub-anlama bacarıqlarını inkişaf etdirmək üçün kitabxana müdiri Səbinə Manafovanın fəaliyyət planının 25-ci bəndinə uyğun olaraq “Mütaliə və Biz” adı altında 8a sinfində oxuma və dinləmə saatı keçirilib.
Şagirdlər görkəmli Azərbaycan dramaturqu və yazıçısı Əbdürrəhim bəy Haqverdiyevin qələmə aldığı “Mirzə Səfər” və “Qoca tarzən” əsərlərini oxuyub təhlil etmişlər.
“Mirzə Səfər” hekayəsində əsərin əsas ideyası olan dostluqda sədaqətli olmaq, həyatda heç kimə əyilməməyi ön plana çəkən şagirdlər əsərdən kiçik səhnələr canlandırıblar.
“Qoca tarzən” əsərində isə şagirdlərin qoca tarzəna gözəl münasibətlərindən söhbət açılıb.
Məqsəd şagirdlərdə söz ehtiyatının genişlənməsinə, bilik səviyyəsinin artmasına və mütaliə mədəniyyətinin formalaşdırmasına təsir göstərmək olub.