Layihə "Kim sevirsə idmanı"
Təhsilalanlarda fəal və sağlam həyat tərzinin inkişaf etdirilməsi, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, idmanın şagirdlər arasında kütləviləşdirilməsi, həmçinin Azərbaycanın idman şöhrətini yüksəldən idmançılarının tanıdılması məqsədilə "Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə" nin 15.6-cı bəndini rəhbər tutaraq 3-29-59/3-2-38F/2024 nömrəli əmrinə əsasən "İdmansevərlər" layihəsi həyata keçirilib. Layihənin ilk mərhələsində məktəbimizin idman müəllimləri P.Marina, A.İrina və V-IX siniflər iştirak ediblər. Şagirdlər Milli İdman növlərinin tarixi haqqında məlumatlandırılıb, videosujetlər nümayiş olunub, "Kim sevirsə idmanı" adlı sərgi keçirilib.