Reproduktiv sağlamlıq haqqında seminar keçirilib
Fevralın 1-də 94 nömrəli tam orta məktəbdə 8-9-cu sinif şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması mövzularında maarifləndirmə işinin aparılması məqsədilə məktəbin akt zalında məktəbin psixoloqu Mənsumə Həsənəliyeva tərəfindən maarifləndirici seminar təşkil edib.
Seminarda biologiya müəllimi Amaliya Məmmədova və kimya müəllimi Zərəngül Mustafayeva şagirdlərə zərərli vərdişlərdən uzaq olmağı, onların sağlamlığa zərərləri haqqında maarifləndirici söhbətlər aparıblar.