“Mütaliə və Biz” adı altında oxuma və dinləmə saatı keçirilib
Kitablar mənim dostum
Onlarla ucalıram
Kitablar düzgün yolum
Zirvəyə yol alıram
Şagirdlərdə oxuyub-anlama bacarıqlarını inkişaf etdirmək üçün məktəbimizin kitabxana müdiri Manafova Səbinə xanım Məktəbin Fəaliyyət planının 25-ci bəndinə uyğun olaraq “Mütaliə və Biz “ adı altında 3a və 3e siniflərində oxuma və dinləmə saatı keçirilib.
Şagirdlər Aynur Cavid və Cəmilə Məmmədlinin qələmə aldiqları“Həkim Bilgə” və “Səyyah Bilgə” kitabları iki həftə əvvəl şagirdlərə təqdim edilib. Onlar da öz növbəsində növbəli şəkildə tanış kitabın məzmunu ilə olaraq, kitabdan onlara maraqlı hissələrin müzakirəsinə hazırlayıblar. Şagirdlərimiz tanış olduqları kitablardan bəhrələnərək atlas və qlobusdan istifadə edib öz fikirlərini ifadə ediblər və real həyatla əlaqələndirərək öz fikirlərini bildiriblər.
Məqsəd şagirdlərdə mütaliə mədəniyyətinin formalaşması, onların mənəvi tərbiyəsinə və nitq qabiliyyətlərinin inkişafına müsbət təsir göstərmək olub.