Nümunəvi Dərs
15.01.2024 tarixdə məktəbimizin müəllimi Nurullayeva İrada nümunəvi dərs təşkil edib. 7e sinif şagirdlərinin (rus bölməsi) fəallığı Kimya fənninə olan marağı dərsin əsas müsbət tərəfi idi. "Fiziki və kimyəvi hadisələr" mövzusu Kimya fənninin bir neçə yaxın fənnlərlə və real həyatla əlaqələndirilməsi zamanı dərsin təşkilinin müsbət tərəflərini nümayiş etdirdi. Şagirdlər qruplara bölünərək, kimyəvi təcrübələr apardılar. Dərs krossvordun işlənməsi ilə ümumiləşdirilib.