Ümumxalq Hüzn Günü

          20 Yanvar faciəsinə həsr olunmuş dərslər.

Birinci dərslər “20 Yanvar Ümumxalq Hüzn Günü”nə həsr olunub. 

          Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına əsasən yanvarın 19 – u  ilk dərslər “20 Yanvar faciəsinin otuz dördüncü ildönümünə” həsr olunub. Təlimata müvafiq olaraq məktəbin I – IV siniflərində “20 Yanvar şəhidləri”, V – IX siniflərində “ 20 Yanvar faciəsi: səbəblər, günahkarlar, nəticələr, insan taleləri”, X – XI siniflərdə “20 Yanvarın bizə verdiyi vətəndaş dərsi” adlı dərslər keçirilib.

        Dərslərdə müəllimlər 20 Yanvar faciəsi haqqında şagirdlərə geniş məlumat veriblər. Qan yaddaşımızın unudulmaması və nəsildən-nəslə olduğu kimi ötürülməsi üçün müxtəlif kompozisiyalardan istifadə ediblər.  Yaddaşımızdan əbədi silinməyən bu  təqvim günü məktəbin 1a, 2a, 4a, 7a, siniflərində ilk dərs  20 yanvar şəhidləri 1dəqiqəlik sükutla yad edilib, şeirlər söylənilib, kiçik səhnəciklər qurulub, tarixi faktlar danışılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi