Qanlı Yanvar
94 nömrəli tam orta məktəbdə 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib. "Bir gecənin faciəsi" adı altında ərsəyə gələn tədbirdə 2e, 3e, 3a, 4b, 7a, 7b sinif şagirdləri fəal iştirak ediblər. Şagirdlərimiz şeirlər, kiçik kompozisiyalarla qan yaddaşımızı təzələmiş, xalqımızın başına gəlmiş bu Yanvar faciəsinin tarixi haqda məlumatlar vermiblər.
Tədbirin sonunda məktəb rəhbərliyi bu işdə əməyi keçən kitabxana müdiri Səbinə Manafova, kitabxanaçı Nuridə Bayramova və şagirdlərə xüsusi təşəkkürünü bildirib, tariximizi dərindən öyrənməyi və unutmamağı tövsiyyə edibdir.