FHN MƏKTƏBLİLƏRİ MAARİFLƏNDİRİR

       Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları 94 nömrəli tam orta məktəbdə fövqəladə hallar zamanı şagirdləri davranış qaydaları haqqında məlumatlandırıb, yanğın zamanı baş verə biləcək halları nəzərə alaraq yanğın  söndürən balondan istifadə qaydalarının ilkin təsnifatını  əyani şəkildə nümayiş etdirib.

         Maarifləndirici təlimdə fövqəladə hallar zamanı nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin  ☎️"112" xidməti ilə əlaqə, həmçinin, yanğın və zəlzələ təhlükələrinə məruz qalan strateji obyektlərin mühafizəsi haqqında məlumat verilib.

          Təlimin sonunda şagirdlərə Xidmətin fəaliyyətini əks etdirən fotoslaydlar nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi