Pedaqoji şuranın iclası keçirilmişdir
Yanvarın 31-də 94 nömrəli tam orta məktəbdə pedaqoji şuranın növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə məktəbin direktoru Şəmsəddin Vəliyev açmışdır. O, pedaqoji heyəti iclasın gündəliyində duran məsələlərlə tanış etmişdir. Daha sonra cari tədris ilinin birinci yarımilinin yekunları və görülmüş işlərlə bağlı geniş məruzə ilə çıxış etmişdir. Sonda təlim-tərbiyə işləri üzrə direktor müavinləri Nailə Həsənova, Rəhilə Tağıyeva, məktəb Həmkarlar Təşkilatının sədri Gülnarə Əliyevanın birinci yarımilin yekunlarına həsr olunmuş hesabatları dinlənilmişdir.