“Zəfər” konfransı keçirildi
Oktyabrın 26-da 94 nömrəli tam orta məktəbdə Zəfər konfransı keçirilib. Konfransda məktəbin şsgirdləri və müəllimləri iştirak edib. Konfransı məktəbin direktoru Nailə Həsənova açaraq, Zəfərimizin yazıldığı tarix haqqında çıxış edib.
Haqq və şərəf işimiz olan Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, Dəmir yumruq kimi birlik, həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir. Vətən müharibəsi müharibənin nə olduğunu dərk edənlərin hamısını əsgərləşdirdi. Otuz rəqəminin mahiyyətini, başlanğıcı iyirmi yeddi rəqəmi ilə ifadə edən Vətən müharibəsinin sonlandırılacağına inanırdıq. 44 günün fəlsəfəsi əbədiyyətəcən yaşadılacaq. 44 günün ərzində Ali baş komandanın rəhbərliyi altında Azərbaycan əsgəri tarixi öz axarına qaytardı. Qarabağ Azərbaycandır! 44 günlük qəhrəmanlıq savaşımız qürur mənbəyimiz olaraq qalacaq.