“Qubadlı, gözün aydın!” adlı dəyirmi masa

         Məktəbin kitabxanasında Qubadlı şəhərinin işğaldan azad edilməsinə həsr olunmuş “Qubadlı gözün aydın” adlı dəyirmi masa təşkil olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kitabxana müdiri Səbinə Manafova Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində işğaldan azad edilən torpaqlarımız haqqında məlumat verib. Kitabxanaçılar gözəl diyarımız olan Qubadlının tarixi və yenidən qurulan Qubadlı haqqında 7a sinif şagirdləri ilə söhbətlər aparıb. Sonda şagirdlər Qubadlıya aid şeirlər səsləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi