“Ailəm və məktəbim” layihəsi
Valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, məktəbin tədris resursları və məktəbdə həyata keçirilən layihələr barədə, məktəbin Tərbiyə işləri üzrə direktor müavini Hicran İsmayılova və məktəbin psixoloqu Məsumə Həsənəliyeva tərəflərindən məlumatlar verilib. “Ailəm və məktəbim” layihəsi görüşlərinin keçirilməsi zamanı valideynlər dərs prosesini izləyib, məktəbin bufeti,idman zalı və.s kabinetləri ilə tanış edilib.Məktəb kitabxanaçılarının iştirakı ilə valideynlər kitab müzakirələrinə cəlb olunub. Həyata keçiriləcək tədbirlərdə valideyni olmayan heç bir şagird kənarda qalmamalı,digər valideynlər və müəllimləri tərəfindən himayə olunmalı,əksiklik hiss etməməlidirlər. Valideyn-məktəb əməkdaşlığının layihəsi davam etdirilir.