“Son zəng” tədbiri keçirilib
İyunun 14-də 94 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.
Keçirilən “Son zəng” tədbirində Bakıxanov bələdiyyə sədrinin müavini, məktəbin direktoru, müəllim-şagird kollektivi və valideynlər iştirak edib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərin əziz xatirəsi anılıb. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şəmsəddin Vəliyev rəhbərlik etdiyi təhsil müəssisəsinin qazandığı uğurlar, şagirdlərin əldə etdikləri nailiyyətlərindən danışıb, məzunları təbrik edib. Tədbirdə iştirak edən digər qonaqlar məzunları “Son zəng” münasibətilə təbrik ediblər, onlara gələcək həyat və təhsillərində nailiyyətlər arzulayıblar. Məktəbin məzun 11A, 11B və 11E sinif şagirdlərinin hazırladıqları bədii kompozisiya ilə davam etdirilib. Tədbirdə simvolik “Bilik açarı” məzunlar tərəfindən X sinif şagirdlərinə təqdim olunub. Sonda “Son zəng” çalınıb, səmaya əlvan şarlar buraxılıb.