Sabunçu Gənclər Evində tədbir keçirilib
Mayın 24-də Sabunçu Gənclər Evində, Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və 2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib.
Tədbirdə iştirak edən, 1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin şəxsi fotoqrafı olmuş Rafiq Bağırov və Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Ümummilli liderlə bağlı xoş xatirələrini bölüşüb. Tədbirdə 94 nömrəli tam orta məktəbin gənc müəllimləri də iştirak edib və tədbirdən xoş xatirələrlə ayrılıblar.