IX sinif şagirdləri Milli İncəsənət Muzeyində

           Mayın 18-də 9e sinif şagirdləri sinif rəhbəri Sürayə Abdullayevanın rəhbərliyi ilə Milli İncəsənət Muzeyində olublar. Muzeydə əsrarəngiz eksponatlar, göz oxşayan əsərlərlə tanış olublar. Muzeydə hər bir dövr üçün xüsusi bir guşə ayrılıb. Burada müxtəlif dövrlərə aid dəbilqələr, Azərbaycan xanımlarının milli geyimləri, əl işləri xüsusi özənlə qorunub saxlanılıb. Şagirdlərin diqqətini Qədim Çin incəsənətinə ayrılmış guşə cəlb edib. Əsasən də naməlum rəssamın “Çəhrayı geyimli qız yelpik ilə” əsəri şagirdlərin zövqünü oxşayıb.

Şagirdlər muzeydən xoş təəssüratlarla ayrılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi