20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı tədbirlər keçirilmişdir
20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar 94 nömrəli tam orta məktəbdə silsilə tədbirlər keçirilmişdir. Yanvarın 18-də bir qrup müəllim və şagirdin Şəhidlər Xiyabanını ziyarəti təşkil olunmuş, faciənin qanlı anlarını əks etdirən divar qəzetləri hazırlanmış, rəsmlər işlənmiş, yanvarın 19-da bütün siniflərdə ilk dərslər Qanlı Yanvar Gününün anımına həsr edilmişdir. Sonda məktəbin akt zalında ədəbi-musiqili kompozisiya keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak etmişlər. Məktəbin tarix müəllimi Nəhayət Məmmədova sovet qoşunlarının Bakıda törətdiyi vəhşiliklər və qanlı qırğınla bağlı fikirlərini səsləndirmişdir. Daha sonra şagirdlərin ifasında Qanlı Yanvar faciəsinə, Şəhidlərə, xalqımızın mübariz əzminə həsr edilmiş ədəbi-musiqili kompozisiya təqdim olunmuşdur.