Psixoloqun valideynlərlə seminarı
Məktəbin inkişaf planına əsasən mayın 15-də məktəb psixoloqu Məsumə Həsənəliyeva tərəfindən valideynlərlə seminar keçirilib. Psixiloq “Şagirdlərin yaş dövrünün böhranı” haqqında söhbətlər edib. Söhbətdə böhranın müxtəlif yaş qruplarındakı, məsələn; məktəbəqədər yaşlı uşaqların, yeniyetmələrin emosiyalarına mənfi təsirləri, uşaqların stressə reaksiyası və onların böhran zamanı ən çox keçirdiyi hisslər kimi məsələlər izah edilərək valideynlər üçün uşaqlara psixososial dəstəklə bağlı tövsiyyələr verilib.