Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü qeyd edilib
94 nömrəli tam orta məktəbdə 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş “Hər kitab bir xəzinə” adlı tədbir keçirilib. Kitabxana müdiri Səbinə Manafova bu gün haqqında məlumat verib, mütaliə etməyin faydaları, kitabla rəftar və kitabxanadan istifadə qaydaları haqqında danışıb. Tədbirdə iştirak etmiş şagirdlər kitaba aid aforizmlər,şeirlər söyləyib, təqdimatlar hazırlayıb kitabxanaya təqdim ediblər. Tədbirin keçirilməsində məqsəd kitab və mütaliyənin insaların dünyagörüşünün formalaşmasında əsas amillərdən biri olduğunu şagirdlərə aşılamq olub.