Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları qeyd edilmişdir
Dekabrın 30-da 94 nömrəli tam orta məktəbdə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişinə həsr edilmiş tədbir keçirlmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şəmsəddin Vəliyev tədbir iştirakçılarını bu bayramlar münasibətilə təbrik etmiş, təlim-tədris prosesində uğurlar arzulamışdır. Sonra söz məktəbin şagirdlərinə verilmişdir. Maraqlı bayram proqramı ilə çıxış edən şagirdlər tədbirə bayram abu-havası qatmışlar. Bundan əlavə ayrı-ayrı siniflərdə də bayram tədbirləri keçirilmiş, rəsmlər işlənmiş, divar qəzetləri hazırlanmışdır.