Müəllimlərin professional yanma sindromunun profilaktikası
Gün ərzində davam edən yorğunluq, emosianal və fiziki tükənmənin qarşısını almaq məqsədi ilə məktəbin psixoloqu Məsumə Həsənəliyeva məktəbin inkişaf planına əsasən müəllimlərlə professional yanma sindromunun profilaktikasına dair master klasslar keçirib.