Kitab oxuma müsabiqəsi
11.01.2023-cü il tarixində məktəbin kitabxanasında kitabxana müdiri Səbinə Manafova tərəfindən şagirdlərin şəxsiyyət kimi formalaşdırılması məqsədilə bədii kitab oxuma müsabiqəsi təşkil edilib.Müsabiqədə 3 "A" sinif şagirdi Səfərli Rəsul, 3 "B" sinif şagirdi Salamov Ayxan, 4 "A" sinif şagirdi Quluzadə Fəxri, 6 "A" sinif şagirdi Məmmədzadə Tamilla və 8 "A" sinif şagirdi Əlizadə Nigar iştirak ediblər. Şagirdlər "Koroğlu dastanı"nı, Z.Xəlilin "İki tənbəl" hekayesini, R.Palasionun "Möcüzə", M.Ismayılzadənin "Əjdaha qardaşlığı" və E.Porterin "Pollianna" əsərlərini oxuyub,təhlil ediblər. Şagirdlər oxuduqları kitablara təqdimat hazırlayıblar və iştirak edən məktəb rəhbərliyi, müəllimlər tərəfindən verilən suallara geniş cavab veriblər. Sonda şagirdlərə kiçik hədiyyələr təqdim olunub.