Peşəyönümün təşkili
Əmək tərbiyəsinin yeniyetmə və gənclərin peşə yönümü sahəsində böyük və əhəmiyyətli rolu vardır. Peşə – xalq təsərrüfatının bu və ya digər konkret bir sahəsinə aid bilik, bacarıq və vərdişlərə yiyələnmə və həmin sahədə fəaliyyətə qoşula bilmək üçün və fəaliyyət göstərmək üçün yiyələnmiş zəruri əmək bacarıq və qabiliyyətləridir.
Məktəbin tərbiyə işləri üzrə direktor müavini Hicran İsmayılova və psixoloqu Məsumə Həsənəliyeva IX sinif şagirdləri ilə "Peşəyönümün təşkili" mövzusunda tədbir keçirib.