Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir
Məktəbdə müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Anım tədbirlərində ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Məktəbin direktoru Şəmsəddin Vəliyev ulu öndərin həyat və fəaliyyətindən, elm, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərindən, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq işlərindən danışıb.