Ulu Öndər Heydər Əliyevin xatirəsi anılmışdır
Dekabrın 12-də 94 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anım günü qeyd edilmişdir. Məktəbin foyesində keçirilən toplantıda məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak etmişlər. Məktəbin direktoru Şəmsəddin Vəliyev çıxış edərək Heydər Əliyev şəxsiyyətinin Azərbaycan xalqının tarixindəki müstəsna xidmətlərindən söz açmış, onun ictimai, siyasi fəaliyyətinə nəzər salaraq gördüyü böyük işlərdən, əməllərdən danışmışdır. Daha sonra tərbiyə işləri üzrə direktor müavini Hicran İsmayılova, tarix müəllimi Əli İsmayılov, şagirdlər çıxış edərək bu müdrik insanın siyasi uzaqgörənliyini, dünya əhəmiyyətli məsələlərin həllində öz qətiyyətli sözünü deyə bilən nadir şəxsiyyətlərdən biri olduğunu vurğulamışlar. Anım tədbirinin sonunda şagirdlər məktəbinin foyesindəki Heydər Əliyev büstünun önünə gül düzmüşlər. Bundan başqa məktəbdə birinci dərslər Ümumilli Lider Heydər Əliyevin xatirəsinin anımına həsr edilmiş, siniflər tərəfindən divar qəzetləri işlənilmişdir.