Vətənpərvərliyə həsr olunmuş "Azərbaycan bayrağı" nağılının müzakirəsi
94 nömrəli tam orta məktəbin kitabxanasında 3 "B" sinif şagirdləri və sinif rəhbəri Sevil Qasımova ilə birlikdə vətənpərvərliyə həsr olunmuş nağılın müzakirəsi keçirilib. Kitabxana müdiri Səbinə Manafova "Azərbaycan bayrağı" adlı nağılı ifadəli oxuyub. Oxunan nağıla şagirdlər öz münasibətlərini bildiriblər. Vətənə və Qarabağa aid şeir söyləyiblər.
Məqsədimiz şagirdlərə Vətən sevgisini aşılamaq, onları vətənpərvər ruhda yetişdirməkdir.