Pedaqoji şuranın iclası keçirilmişdir
Noyabrın 25-də 94 nömrəli tam orta məktəbdə pedaqoji şuranın növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə məktəbin direktoru Şəmsəddin Vəliyev açmışdır. O, çıxışında iclasda müzakirə olunacaq mövzular barədə kollektivi məlumatlandırmışdır. İclasda əsasən cari tədris ilinin birinci yarımilinin ilk yarısında təlim-tədris prosesinin gedişi, şagirdlərin dərslərə davamiyyəti, məktəbdaxili nizam-intizam məsələləri müzakirə olunmuşdur. İclasın sonunda Şəmsəddin Vəliyev rəhbərlik və kollektiv adından ibtidai sinif müəllimi Leyla Qarayevanı anadan olmasının 60 illik yubileyi münasibətilə təbrik etmiş, şagirdlərin təlim-tərbiyə işlərində uğurlar arzulamışdır.