“Son zəng” tədbiri
İyunun 14-də 94 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Şəmsəddin Vəliyev açaraq cari tədris ilinin məzunlarını bu gün münasibətilə təbrik edib, onlara yeni həyat yollarında uğurlar diləyib. Tədbirdə direktor müavinləri Nailə Həsənova, Rəhilə Tağıyeva, Hicran İsmayılova, məzunların sinif rəhbərləri, müəllimlər, məzunlara gələcək işlərində müvəffəqiyyətlər arzulayıblar. Məktəbin açarı 11-ci sinif məzunları tərəfinfən 10-cu siniflərə təhvil verilib.