Azərbaycan Respublikasının Konstitusiya Günü qeyd edilmişdir
Noyabrın 12-də 94 nömrəli tam orta məktəbdə Konstitusiya Günü ilə əlaqədar “dəyirmi masa” keçirilmişdir. “Dəyirmi masa”da məktəbin tərbiyə işləri üzrə direktor müavini Hicran İsmayılova, Uşaq Birliyi rəhbəri Pərvanə Hüseynova, psixoloq Məsumə Həsənəliyeva, şagirdlər iştirak etmişlər. Çıxışlar zamanı müstəqil Azərbaycan Respublikası Konstitusiyanın tarixən keçdiyi yola nəzər salınmış, onun qəbul edilmə tarixindən, müxtəlif illərdə bura edilmiş əlavə və dəyişikliklərdən söz açılmışdır. Sonda şagirdləri maraqlandıran suallara cavab verilmişdir.