"Erkən nikaha yox deyək" adlı seminar
Məktəbin psixoloqu Məsumə Hesenəliyeva tərəfindən məktəbin yuxarı sinif şagirdləri ilə "Erkən nikaha yox deyək" adlı seminar keçirib. Erkən yaşda nikaha daxil olma sosial problem kimi hazırda dünyada aktuallıq kəsb edən məsələlərdən biridir. Erkən nikahın fəsadları haqqında söhbət aparılıb. Fiziki və psixoloji cəhətdən yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı yaşanan problem haqqında məlumat verildi. Sağlam ana sağlam gələcək deməkdir. Xoşbəxt, sağlam böyümüş uşaq gələcəkdə sağlam ailə deməkdir.