Dövlət Müstəqilliyimizin 25 illiyini qeyd edirik
1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında tarixi sənəd qəbul edilir – “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı. Buna baxmayaraq Azərbaycan əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra əldə edir. Heydər Əliyev müdrikliyi, siyasi təcrübə, yüksək idarəçilik bacarığı ölkədəki xaos və anarxiyaya, iqtisadi, siyasi, mənəvi gərginliyə son qoyur, bir sözlə Azərbaycanı böhran vəziyyətindən çıxarır. Hazırda Azərbaycan siyasi-iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərdən birinə çevrilmişdir. Bu gün oktyabrın 18-i Dövlət Mütəqilliyimizin 25 ili tamam olur. 94 nömrəli tam orta məktəbdə bu tarixi gün münasibətilə bir sıra tədbirlər keçirilmişdir. Dərslərdə bu gün barədə söhbətlər aparılmış, şagirdlər tərəfindən divar qəzetləri və təqdimatlar hazırlanmış, rəsmlər çəkilmiş, müstəqilliyimizi tərənnüm edən şeirlər söylənmiş, mahnılar ifa olunmuşdur.