Biologiya fənni üzrə dərs-tədbir

Aprelin 2-də biologiya müəllimi Gülzadə Bağırova tərəfindən IX sinifdə “İnsan nəslinin davamı” mövzusunda dərs-tədbir keçirilmişdir. Dərsdə əsasən müasir dünyamızda aktual olan gənc nəslin cinsi tərbiyəsindən söhbət getmiş və bu sahədə geniş diskussiya aparılmışdır. Məktəbin psixoloqu Məsumə Həsənəliyevanın çıxışı, aparılmış anonim sorğular, tarix, ədəbiyyat və musiqi fənlərinə edilmiş inteqrasiyalar dərsin daha maraqlı keçməsinə səbəb olmuşdur. Sonda tədbirə dəvət olunmuş müəllimlər, valideynlər və bir qrup şagird dərsdən razı qaldıqlarını bildirmiş və onun əhəmiyyətini yüksək qiymətləndirmişlər. Məktəbin direktoru Şəmsəddin Vəliyev Gülzadə Bağırovaya intellektual dərs-tədbirinə görə təşəkkür etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi