Kitab bilik mənbəyidir

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırilması haqqında" 16 dekabr 2014-cü il tarixli 1279 №li əmri icra və rəhbərlik üçün qəbul edilmişdir. Əmrin icrasını təmin etmək məqsədilə martın 30-da “Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şəmsəddin Vəliyev Təhsil Nazirliyinin müvafiq əmrinin zəruriliyindən, onun müasir həyatımızdakı əhəmiyyətindən danışmışdır. Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Mirzəyeva Mir Cəlal Paşayevin həyat və yaradıcılığından danışmış, onun əsərlərinin gənclərimiz üçün böyük tərbiyəvi əhəmiyyət daşıdığını qeyd etmişdir. Tədbirdə çıxış edən kitabxana müdiri Esmiralda Mehdiyeva hörmətli nazir cənab Mikayıl Cabbarovun çox aktual bir mövzuya toxunduğunu və bu əmrin şagirdlərin hərtərəfli inkişafında, onların ümumi dünyagörüşünün formalaşmasında mühüm rol oynayacağını demişdir. Tədbirin sonunda “Ən fəal oxucu” müsabiqəsinin qalibi VIIa sinif şagirdi Fidan Mehdiyeva iştirakçılara təqdim edilmiş, şagirdlər Azərbaycan və dünya ədəbiyyatının, o cümlədən Nobel mükafatı laureatlarının əsərlərindən ibarət sərgiyə baxmışlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi