Bədii-ifadəli oxu günü
Dekabrın 20-də 94 nömrəli tam orta məktəbin kitabxanasında kitabxana müdiri Manafova Səbinə bədii-ifadəli oxu günü keçirib. Tədbirdə 2 "A" sinif şagirdləri və sinif rəhbəri Nəbiyeva İradə iştirak ediblər. Manafova Səbinə Aygün Bünyadzadənin "Nağıllar" kitabını ifadəli oxuyub. Şagirdlər "Nağıllar " kitabını dinlədikdən sonra öz sual və fikirlərini səsləndirib, bilmədikləri söz və ifadələrin izahı ilə tanış olublar.
İfadəli oxunun keçirilməsində məqsəd şagirdlərdə mütaliyə marağını artırmaq, oxumağın dəyərini anlatmaq, kitaba və bədii ədəbiyyata sevgini aşılamaqdır.