Şagirdlərin intellektual səviyyəsinin daha da inkişaf etdirilməsi, istedadlı şagirdlərin aşkar edilməsi məqsədilə 94 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya”nın yaradılması haqqında 14 may 2019-cu il tarixli 309 nömrəli məktəbdaxili əmr verilmişdir. Məktəb Uşaq birliyinin rəhbəri Pərvanə Hüseynova “Kiçik Akademiya”nın prezidenti, 8 “A” sinif şagirdi Səmayə Abbasquliyeva və 9 “A” sinif şagirdi Şəbnəm Bağırlı isə vitse-prezidentləri təyin edilmişlər.