"Ədəbiyyatda ətraf mühitin qorunması fikirlərinə baxış" adlı elmi-praktiki konfrans

30 may tarixində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsilə bağlı Tədbirlər Planına əsasən Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə "Ədəbiyyatda ətraf mühitin qorunması fikirlərinə baxış" adlı elmi-praktiki konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Ardınca unudulmaz Liderin və şəhidlərimizin əziz və əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Açılış nitqilə Sabunçu rayonu ümumtəhsil müəssisələri Mərkəz "Kiçik Akademiya" məktəbinin direktoru Nizami Qasımzadə qonaqları salamlamış, konfrasın gedişatına uğurlar arzulamışdır. Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya" nın rəhbəri Sərxan Şahverdiyev konfrasın gündəliyi haqqında, "Kiçik Akademiya" nın iş planı haqqında çıxış etmişdir. Elmi-praktiki konfransın gündəliyinə əsasən, 28 nömrəli tam orta məktəbin direktoru, filologiya üzrə fəlsəfə doktoru Qənirə Əmircanova, 128 nömrəli tam orta məktəb Azərbaycan dili və ədəbiyyat müəllimi Cavahir Rəsulzadə, 72 nömrəli məktəb-liseyin, 94 nömrəli tam orta məktəbin, 271 nömrəli tam orta məktəbin şagirdləri mövzu ilə əlaqədar olaraq geniş formatlı çıxış etmiş, 113 nömrəli tam orta məktəbin şagirdləri milli ruhda rəqs ifa etmişdir. Elmi-praktiki konfransın çıxışçıları Diplomla və hədiyyə kitabla təltif olunmuşdurlar. Tədbir 94 nömrəli tam orta məktəbin "Kiçik Akademiya" himnini səsləndirməsilə bitmişdir. Elmi-praktiki konfransda 40-a yaxın məktəbdən 150-ə yaxın direktor, KA rəhbəri, müəllim və şagird heyəti iştirak etmişdirlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi