15 Sentyabr “Bilik günü"

15 Sentyabr “Bilik günü"
Sentyabrın 15-də Respublikamızın digər ümumi təhsil müəssisələrində olduğu kimi 93 nömrəli tam orta məktəbdə də yeni dərs ilinə start verilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən məktəbin direktoru Xalidə İbrahimova müəllim və şagird kollektivini “Bilik günü" münasibəti ilə təbrik edib,məktəbimizin 2024-2025-ci tədris ilində qazandıqları naliyyətlərdən danışdı.
Daha sonra birinci sinif şagirdlərinin çıxışları dinlənildi.
İlk zəngimiz çalındı!