FƏXRİMİZ

Əliyev Eldar Hacırza oğlu 1973 – cü ildə Bakı şəhərində anadan olmuşdu. Nərimanov rayon 93 № məktəbin VIII – qurtardıqdan sonra 16 № li Texniki – peşə məktəbinə daxil olmuşdur.Ermənilərin vəhşi əməlləri, torpaqlarımıza təcavüz etmələrinə dözməyən gənc Eldar könüllü hərbi xidmətə yazılaraq ,Bərdə rayonu “Azadlıq“ könüllü xalq dəstəsinin tərkibində döyüşə yollandı. Son dərəcə çevik olan bu idmançı gənc neçə-neçə uğurlu əməliyyatlarda iştirak edir, böyük şücaətlər göstərir. Döyüşçü dostları arasında cəsurluğu ilə seçilir. Axırıncı döyüşü iyulun 16 – da Ağdərənin Çaylı kəndində olur. Dəstənin komandiri Ş.Həsənovun qeyd etdiyinə görə Eldar bu kənd uğrunda gedən ölüm-dirim vuruşmasında mühasirəyə düşür, son ana qədər rəşadətlə vuruşur. Döyüş yoldaşlarının dediklərinə görə Eldar son ana qədər vuruşdu və qəhrəmanlıqla şəhid oldu. Əliyev Eldar Hacırza oğlu Şəhidlər Xiyabanında dəfn olunub. May ayının 1 – də 20 yaşı olan Eldar bu doğum gününü Şəhidlik Zirvəsində qarşıladı. Hal-hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 93 nömrəli tam orta məktəb Şəhid Eldar Əliyevin adını daşıyır. Məktəbin foyesində şəhidimizin döyüş yolunu əks etdirən şəkil və məlumatlardan guşə hazırlanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi