HAQQIMIZDA

Bizim fəaliyyət göstərdiyimiz məktəb Bakı şəhəri Nərimanov rayonu E.Əliyev adına 93 nömrəli tam orta məktəbdir. Məktəb 1963- cü ildən 1994- cü ilə qədər 8 illik təhsil sistemi ilə işləyib, 1994- cü ildən isə 11 illik təhsil sistemi ilə fəaliyyət göstərməyə başlayıb. Məktəb köhnə olduğundan Azərbaycan Respublikasi Təhsil Nazirliyinin sərəncamı ilə 2005- ci ildə yeni məktəb binası tikildi və 2006 - cı ildə istifadəyə verildi. Məktəb 1 korpusdan ibarətdir, tədris Azərbaycan dilində aparılır. Məktəbimizdə şagirdlər 6 günlük iki növbəli iş həftəsi ilə təhsil alırlar: I- növbədə I, IV ,  VIII,  IX,  X və XI siniflər II – növbədə II, III, V, VI və VII siniflər təhsil alır. Məktəbimizdə 1027 şagird 42 sinifdə komplektləşdirilmişdir. Məktəbimizdə fərdi təhsil fəaliyyət göstərir. I sinifdə 3 nəfər, II sinifdə 2 , IV sinifdə 1 şagird, V sinifdə 1 şagird təhsil alır.  Məktəbdə 78 müəllim işləyir. Müəllim kollektivimiz savadlı və peşəkar mütəxəsislərdən ibarətdir. Kollektiv üzvlərinin çoxu ali təhsillə yanaşı, magistr təhsili almışlar. Müəllimlərimizin təşkilatçılığı sayəsində şagirdlərimiz müxtəlif ekskursiyalara (muzey, kino,teatr) cəlb olunurlar. Saydıqlarımızdan əlavə mütəmadi olaraq tədbirlər , yarışlar keçirilir ki, bunlar da uşaqların inkşafina və elitar mədəniyyətə yiyələnmələrinə kömək edir. Məktəbimiz burada təhsil almış şagirdimiz - qəhrəman , şəhid Əliyev Eldar Hacırza oğlunun adını daşıyır. Biz müəllimlərin məqsədi ilk növbədə Eldar Əliyev kimi vətənpərvər gənclər yetişdirməkdir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi