"Novruz gəlir , Yaz gəlir." adlı Novruz şənliyi

Səbail rayonu 91 № li məktəbin akt zalında 17 mart tarixində Novruz bayramı şənliyi təşkil olunmuşdur. Novruz bayramı şənliyini məktəbin tərbiyə işləri üzrə direktor müavini ( təşkilatçı ) Rzayeva Leyla təşkil etmişdir. İlk olaraq məktəbin akt zalında baş tutan Novruz şənliyində Azərbaycan himni səsləndi. Sonra məktəbin direktoru Svetlana xanım Zülfüqarova tədbiri açıq elan etdi. Məktəbin direktoru Svetlana xanım hamını Novruz bayramı münasibəti ilə təbrik edib , Novruzun tarix və ənənələrindən danışıb . O , çıxışında bu cür tədbirlərin əhəmiyyətindən danışıb , milli adət - ənənələrin yeniyetmə və gənc nəsil tərəfindən mənimsənilməsinin önəmli olduğunu vurğulayıb . Məktəbin təşilatçısı Leyla Rzayevanın təşkil etdiyi tədbirdə uşaqların ifasında şeirlər, mahnılar , musiqi nömrələri ifa olunub. Keçəl , Kosa və Bahar qızının gəlişi məclisə daha da rəngarənlik qatıb .Kosa , Keçəl və Bahar qızı məzhəkəli səhnəcik nümayiş etdirdilər. Maraqlı rəqslər və ifalarla keçən tədbir iştirakçılara xoş ovqat bəxş etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi