Hərbi Bilik yarışması

     Bakı şəhəri üzrə Təhsil idarəsinin Tədbirlər planına əsasən Təlimə Dəstək Mərkəzində "Aprel döyüşlərinə həsr edilmiş "Böyük qayıdışın başlanğıcı" adlı Hərbi Bilik yarışması" keçirilmişdir.

Hərbi bilik yarışmasının keçirilməsində məqsəd gənclərin hərbi bilikləri dərindən öyrənmələri, onların peşə yönümünün hərbi ixtisaslara istiqamətləndirilməsi, şagirdlər arasında Vətən sevgisini, vətənpərvərlik tərbiyəsini və orduda xidmət etməyə meyllərinin gücləndirilməsidir.

X sinif şagirdləri arasında keçirilən Rayon birinciliyi mərhələsində məktəb komandası iştirak etmiş və qalibiyyət əldə edərək l yerə layiq görülmüş, Şəhər birinciliyi mərhələsində iştirak etmək hüququ qazanmışlar.

Məktəbin direktoru Arzu xanım Nəzərova qalib komandanı təbrik edərək , final mərhələsində də uğur qazanmaları üçün onlara öz tövsiyələrini vermişdir.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi