Məhəmməd Füzuli-530

    Məktəbdə Sevinc Rzayevanın rəhbərliyi ilə 10 a sinfində "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi" layihəsi çərçivəsində dəyirmi masa keçirilmişdir. Layihənin məqsədi məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək,dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nasli maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaqdır. Dəyirmi masada şagirdlər dahi şairə həsr olunmuş sənədli film izləmişdir.

    Dəyirmi masada "18 Aprel Beynəlxalq abidələr və tarixi yerlər günü" olduğu qeyd olunmuşdur.

Bildirilmişdir ki,Azərbaycan Respublikasının Konstitusiyasının 77-ci maddəsinə görə tarix və mədəniyyət abidələrinin qorunması hər kəsin borcudur. Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir. Şagirdlərə tarixi abidələr Şirvanşahlar sarayı, Möminə Xatun türbəsi, Qız qalası, Xudafərin körpüsü, Əlincə qalası və s. haqqında maraqlı məlumatlar verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi