Şahin hərbi idman oyunu

     Aprelin 6-da Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Səbail rayon orta ümumtəhsil məktəblərinin 10-cu sinif şagirdlərinin iştirakı ilə “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilmişdir.

Tədbirdə hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilmişdir.

Nümunəvi çıxışlardan sonra komandalar 4 növ üzrə mübarizə aparmışlar. Məktəblilər sıra hazırlığı, fiziki hazırlıq, maneələrin dəf olunması və mülki müdafiə hazırlığı üzrə bacarıqlarını nümayiş etdirmişlər.

Yekun nəticələrə əsasən məktəbin 14 nəfərdən ibarət komandası ikincilik əldə edərək diplomlarla mükafatlandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi