Dəyərlərimizi qoruyaq

            Azərbaycan Respublikası Əbədi Turan kitab fondunun sədri, filologiya elmləri doktoru, professor, Şəhriyarşunas alim Esmira Fuad, filologiya elmləri doktoru Eşqanə Babayeva və iş adamı Məlahət Qurbanovanın məktəbdə bir günü...

Bildiyimiz kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təhsilalanları milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirmək və dəyərlərimizi qorumaq məqsədilə “Dəyərlərimizi qoruyaq!” layihəsinə start verilmişdir. Bu məqsədlə məktəbin "İrs" muzeyində         Azərbaycan dili və ədəbiyyat müəllimi Aybəniz Qəhrəmanovanın təşkilatçılığı, Vll c və Vlll c sinif şagirdlərinin iştirakı ilə "Milli mənəvi dəyərlərimiz" adlı tədbir keçirilmişdir.Məktəbin fəxri qonaqları şagirdlərin ifasında Vətən torpaqlarının azad olunması,44 günlük müharibə dövründə rəşadətli ordumuzun göstərdiyi qəhrəmanlıq və "Dəmir yumruq" altında birləşmiş xalqımızın əzmli, cəsarətli qələbəsi haqqında çıxışları və dahi şair, ölməz Nizami Gəncəvi  və Azərbaycan klassik ədəbiyyatının banisi Məhəmməd Füzuli əsərlərindən parçalar və cənublu şair Şəhriyarın şeirlərini dinləmişlər.Sonda məktəbin direktoru Arzu Nəzərova və "Əbədi Turan" fondunun rəhbəri, professor, alim Esmira Fuad tərəfindən şagirdlərə iştirak etdiklərinə görə "Fəxri Fərman"lar təqdim olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi