Yaz gəldi,naz gəldi elimizə bahar gəldi

             Məktəbdə Fərqanə Qurbanovanın rəhbərliyi ilə "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində “Yaz gəldi,naz gəldi elimizə bahar gəldi” Elmi bədii gecə keçirilmişdir. Burada məktəbin 6c, 6b, 7b, 8b, 8c və 10c sinif şagirdləri yaxından iştirak etmişlər. Təbiətin oyanması, torpağın yumşalması, tumurcuqlanması,quşların cəhcəhi biologiya elminin mahiyyətini göstərir.Tonqalların qalanması, ağacların əhənglənməsi və nələr nələr kimya elmi ilə bağlıdır.Tədbirdə təbiət elmlərinin böyük rolunu səhnəciklərdə əks etdirən şagirdlərin çıxışı ətrafdakı heyət tərəfindən maraqla qarşılanmışdır. Eyni zamanda tədbirin bədii hissəsində Novruz bayramının adət-ənənələri, milli mənəvi dəyərlərimizə hörmət və ehtiramla gələcək nəsil tərəfindən qarşılanmasına bir daha zəmin yaratdı. Tədbir bayatılar,haqıştalar,kosa-kosa oyunu,səməni rəqsi,üzümlər rəqsi və digər maraqlı səhnəciklərlə yadda qalmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi