Xocalısız 28 il

   Məktəbdə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir. Belə ki, ilk dərs radiokompozisiya,sonra isə məktəbin akt zalında geniş tədbir keçirilmişdir.Tədbirdə məktəbin direktoru Svetlana Zülfüqarova ,Azərbaycan Respublikasının hərbi vətənpərvərlik şobəsinin müdiri Adil Haqverdiyev İsmayıl oğlu,həmin təşkilatın mütəxəssisi Nəbi Hacıyev ,müəllim və şagirdlər iştirak etmişlər. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və şagirdlərə Xocalı faciəsinin tarixindən bəhs olunmuşdur. Bildirilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bədnam ermənilər xalqımıza qarşı növbəti qanlı təcavüzə əl ataraq dəhşətli soyqırım törədib, günahsız insanların başına vəhşiliklər gətirib, dinc sakinləri kütləvi şəkildə öldürüblər.  Xocalı faciəsi barədə filmlər nümayiş olunmuş,ibtidai sinif şagirdlərinin ifasında o gecənin  dəhşətini və mənfur düşmənin vəhşiliyini əks etdirən səhnəcik göstərilmişdir. Tədbirin sonunda məktəbin direktoru Svetlana xanım çıxış edərək sözü Azərbaycan Respublikası Veteranlar təşkilatının Hərbi vətənpərvərlik şöbəsinin müdiri Adil Haqverdiyevə vermişdir.Müharibə istirakçısı qonaq öz acı xatirələrini şagirdlərə danışaraq bir daha xalqımızın necə məğrur,qəhrəman oğulları olduğunu xatırlatdı.Həlak olanların xatirəsini ehtiramla yad etmək, məktəblilərdə vətənpərvərlik hissini yüksəltmək, Xocalı soyqırımı zamanı xalqımıza qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətləri onlara çatdırmaq, işğal altında olan torpaqlarımız haqqında şagirdləri məlumatlandırmaq üçün dəyirmi masalar təşkil olunmuş,şagirdlər Xocalı adidəsini ziyarətə aparılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi