"Vətən bizi çağırır" adı altında tədbir keçirildi.

05.04.2016-cı il tarixdə saat 12:00-da Nəsimi rayonu 9 saylı tam orta məktəbin akt zalında "Vətən bizi çağırır" adı altında tədbir keçirildi. Tədbirin məqsədi şagirdlərə vətənpərvərlik hissini aşılamaq, milli ordumuza mənəvi dəstək durmaqdır. Tədbirdə məktəbin direktoru Z.Əhmədova, eləcə də tədbirin qonaqları Nəsimi rayonu Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Azər müəllim, icra hakimiyyətinin məsul işçisi Xalid Kərimov, ərazi icra nümayəndəsinin müavini Eldəniz Cabbarov, Azərbaycan müəllimi qəzetinin müxbiri Rəşad müəllim də iştirak edərək milli ordumuzun cəbhə xəttində göstərdikləri uğurlu əməliyyatlarından danışaraq xalqın onlarla birlikdə olduqlarını söylədilər. Tədbirdə yaralı əsgərlər üçün qan vermə aksiyasına qoşulmağı qərara aldılar. Son şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.